"Kolxoz Bazarı" yenidən tikilir (FOTO)

02-09-2020 15:05 / Bu xəbər 2910 dəfə oxundu

Bu bazarı  Elmar Vəliyev sökdürmüşdü

Gəncə şəhəri İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin vaxtı ilə sökdürdüyü bazar yenidən tikilir.

Baku.ws-ə xəbər verir ki, şəhərin ən qədim bazarlarından olan və el arasında "Kolxoz Bazarı" kimi tanınan ərazidə yeni ticarət obyekti tikilir.

Artıq işlərə başlanılıb. Yeni bazarın bir hissəsi bu ilin sonuna istifadəyə veriləcək.

Tam gücü ilə fəaliyyətə başlaması isə gələn il mümkün olacaq.

Elmar Vəliyevin fəaliyyəti dönəmində Gəncə şəhərində uzun illər əhaliyə xidmət göstərən 3 bazar tamami ilə sökülərək orada çalşan işçilər icra başçısına məxsus olduğu iddia edilən "Grand Qafqaz" Ticarət Kompleksinə köçürülüb.