Komitə sədri: “Heç bir ölkənin gündəmində pensiya yaşının azaldılması məsələsi yoxdur”
28-11-2024 14:17 / Bu xəbər 439 dəfə oxundu
Heç bir ölkənin gündəmində pensiya yaşının azaldılma məsələsi yoxdur.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə çıxışı zamanı belə deyib (bunker.az).
Komitə sədri bildirib ki, yaxın 10 ilə qədər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dayanıqlılığı təmin olunmamışdı: "200 mindən çox pensiyaçı DSMF hesabına pensiya alır. Çünki onların pensiya kapitalı yox idi. Bundan yumşaq başqa nə yanaşma ola bilər? Pensiya yaşının azaldılması kiminsə istəyinə bağlı olan məsələ deyil”.
O qeyd edib ki, müharibə veteranlarına Azərbaycan Prezidentinin təqaüdü nə müavinət, nə pensiya, nə də sosial yardım növüdür: "Bu, Prezidentin qayğısı nəticəsində təsis edilən təqaüddür”.