Konfrans Liqası: Azərbaycan klubları növbəti oyunlarını keçirib

Konfrans Liqası: Azərbaycan klubları növbəti oyunlarını keçirib

09-08-2024 01:32 / Bu xəbər 785 dəfə oxundu

"Zirə” səfərdə heç-heçə edib, "Sabah” uduzub

Avqustun 8-də Azərbaycanın "Zirə” və "Sabah” komandaları UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk oyunlarını keçiriblər.


Foto: "Sabah”ın sosial media hesabı

"Zirə” Xorvatiyada "Osiyek” komandası ilə üz-üzə gəlib. Saat 22:00-da başlayan qarşılaşmada qalib müəyyənləşməyib. Oyun 1:1 hesabı ilə başa çatıb. Komandalar arasında cavab görüşü avqustun 15-də Bakıda keçiriləcək.


Foto: "Sabah”ın sosial media hesabı

"Sabah” isə İrlandiyada "Sent-Patriks Atletik” komandasının qonağı olub. Qarşılaşma saat 22:45-də start götürüb. "Sabah” İrlandiya səfərində 0:1 hesabı ilə uduzub.
 
Komandalar arasındakı cavab matçı avqustun 15-də Bakıda olacaq.