Konstitusiya məhkəməsi Koçaryana qarşı ittihamları ləğv etdi

Konstitusiya məhkəməsi Koçaryana qarşı ittihamları ləğv etdi

27-03-2021 14:01 / Bu xəbər 1424 dəfə oxundu

Konstitusiya məhkəməsi 2008-ci ildə keçirilən etiraz aksiyalarını amansızlıqa yatırmaq işi üzrə sabiq prezident Robert Koçaryana açılan cinayət işinə xitam vermək barədə qərar çıxarıb. 

"Novosti-Armeniya"nın martın 27-də verdiyi xəbərə görə, məhkəmə sabiq prezidentə qarşı aparılan işin cinayət məcəlləsinin "yanlış" maddəsinə əsaslandığını qeyd edib. 

Məhkəmənin nümayəndəsi Arman Dilanyan açıqlamasında bildirib ki, cinayət məcələlləsinin konstitusion nizamı devirməyə cəhdi cəzalandırmaq barədə maddəsi konstitusiyanın digər iki maddəsiylə ziddiyət təşkil edir. 

"Konstitusiya məhkəməsinin qərarı - qətidir. Bu o deməkdir ki, Koçaryana qarşı qaldırılmış işə xitam verilməlidir", - sabiq prezidentin vəkili Aram Vardevanyan açıqlamasında deyib. 

Ermənistana 1998 və 2008-ci illərdə rəhbərlik etmiş Robert Koçaryan 2008-ci ildə konstitusion nizamın pozulmasında ittiham edilirdi. 

Həmin dövrdə prezident seçkilərinin nəticələrinə kütləvi şəkildə etiraz edən şəxslər polis tərəfindən zorakılığa məruz qalmış, toqquşmalar zamanı 8 nümayişçi və iki polis həlak olmuşdu. 

Sabiq prezident həmçinin korrupsiyada ittiham edilirdi. 

O, baş nazir Nikol Paşinyan inqilab nəticəsində hakimiyyəyə gəldikdən sonra, həbs edilmiş, bir müddət sonra isə 4 milyon dollarlıq girov müqabilində azadlığa buraxılmışdı. Koçaryan ona qarşı açılan cinayət işinin siyasi motivli olduğunu bildirirdi.(toplum.)