Koronavirus: 544 yoluxma, 8 ölü

Koronavirus: 544 yoluxma, 8 ölü

29-06-2020 23:14 / Bu xəbər 1375 dəfə oxundu

Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxub, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb və 8 nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda ümumilikdə 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib. 7 393 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 558, ötən müddət ərzində isə ümumilikdə 475 525 test aparılıb.