Koronavirus Azərbaycanda: 513 yoluxma, 8 ölüm

Koronavirus Azərbaycanda: 513 yoluxma, 8 ölüm

06-07-2020 19:51 / Bu xəbər 1266 dəfə oxundu

440 nəfər sağalaraq evə buraxılıb

İyulun 6-da Azərbaycanda 513 adam COVİD-19 infeksiyasına yoluxub, 440 nəfər müalicə olunaraq evə buraxılıb, 8 xəstə isə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda Azərbaycanda bu günə qədər 20 min 837 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğu qeyd olunub: "Onlardan 12 min 182 nəfər müalicə olunaraq sağalıb, 258 pasiyent ölüb. Aktiv xəstə sayı 8397 nəfərdir”.

Operativ qərargah ötən müddətdə 522 min 773 testin aparıldığını bildirib: "Bugünkü test sayı isə 6240-dır”.