Koronavirusa 4268 yeni yoluxma

Koronavirusa 4268 yeni yoluxma

12-12-2020 17:35 / Bu xəbər 677 dəfə oxundu

Azərbaycanda bu gün koronavirus infeksiyasına 4268 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxmuş 43 nəfər isə vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumatına görə, 4085 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

İndiyədək ölkədə ümumilikdə 171423 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 107635 nəfər müalicə olunaraq sağalıb, 1883 nəfər vəfat edib, aktiv xəstə sayı61 905olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19378, bu günə qədər isə ümumilikdə 1938 244 test icra olunub.