Koronavirusa yeni yoluxma

Koronavirusa yeni yoluxma

29-01-2021 18:16 / Bu xəbər 825 dəfə oxundu

Yanvarın 29-da Azərbaycanda 142 adam COVİD-19 infeksiyasına yoluxub, 399 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda 6 nəfərin öldüyü qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 229 min 935 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 222 min 553 nəfər müalicə olunaraq sağalıb, 3119 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 4263 nəfərdir”.

Qərargah ötən müddətdə 2 milyon 394 min 476 testin aparıldığını vurğulayıb: "Bugünkü test sayı isə 7342-dir”.