Koronavirusa yoluxma: 2597 nəfər

Koronavirusa yoluxma: 2597 nəfər

19-11-2020 15:26 / Bu xəbər 945 dəfə oxundu

Noyabrın 19-da Azərbaycanda 23 xəstə COVID-19 infeksiyasından ölüb, 2597 adam infeksiyaya yoluxub, 1354 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ qərargah Azərbaycanda indiyə qədər 83 min 994 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 59 min 465 nəfər müalicə olunaraq sağalıb, 1053 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 23476 nəfərdir”.

O cümlədən, ötən müddətdə 1 milyon 562 min 442 testin aparıldığı bildirilib: "Bugünkü test sayı isə 12874-dür”.