Koronavirusun yeni ştammı sürətlə yayılır

Koronavirusun yeni ştammı sürətlə yayılır

21-05-2024 14:55 / Bu xəbər 571 dəfə oxundu

Koronavirusun FLİRT ştammları Qərbdə yayılır. 

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb. 

Elm adamları güman edirlər ki, omikrondan mutasiyaya uğramış FLiRT qrupunun ştammları xəstəxanaya yerləşdirilmələrin və ya ağır xəstəliklərin artmasına səbəb olmayacaq. ABŞ-da dominant ştamm martın əvvəlində ortaya çıxan KR.2-dir. Bu, FLiRT qrupunun bir hissəsidir.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatına görə, mayın 11-dən iki həftə əvvəl KR.2 28,2% hallarda aşkar edilib. Eyni zamanda, martın əvvəlində bu, cəmi 3,8% təşkil edib. İkinci ən çox yayılmış ştamm KR.1 - 7,6% idi.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 14 Avropa ölkəsində və İsraildə FLiRT ştammları müəyyən edilib.

FLiRT üçün xarakterik olan simptomlar koronavirus üçün standartdır. Bunlara qızdırma, öskürək, burun tutulması və ya axıntı, boğaz ağrısı, dad və ya qoxubilmə itkisi daxildir.