Kozlariç: "Sülh razılaşması olmayana qədər mən də ora getməzdim"
29-08-2022 13:07 / Bu xəbər 1169 dəfə oxundu
"ABŞ səfiri olsaydım, Ermənistanla Azərbaycan arasında sülh sazişi bağlanmayana qədər bu ərazilərə mən də getməzdim”.
Bunu "Turan"a ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997) Riçard Kozlariç Qərb diplomatlarının Şuşaya səfərdən imtina etmələrindən Bakının narazılığını şərh edərkən deyib.
Azərbaycan Prezidentinin xarici işlər üzrə köməkçisi Hikmət Hacıyev cümə günü ABŞ və Fransa səfirlərini tənqid edib.
Bildirib ki, onları akkreditə olunmuş xarici diplomatların konfransının keçirildiyi Şuşaya səfər etsələr də, səfirlər imtina ediblər.
Kozlariçin sözlərinə görə, belə səfərlərin məqsədi "şəkil çəkdirmək imkanıdır”.
"Mən ora dəvət olunduğum üçün yox, istədiyim vaxt gedərdim”, - o əlavə edib.
"Turan" yazır ki, son toplantıya Rusiya səfiri də getməyib.












