Kürdəmirdə oğruları kim himayə edir? - VİDEO
12-01-2020 21:30 / Bu xəbər 1764 dəfə oxundu
Kürdəmirin Qarasu kəndində oğurluq hadisəsi baş verib.
Belə ki, 2019-cu ilin noyabrında Qarasu kənd sakinləri - Xeyrulla Qocayevin 1 baş, Arzu Məmmədovun isə 2 baş camışı oğurlanıb.
Bundan sonra sakinlər Kürdəmir Rayon Polis İdarəsinə müraciət ediblər, lakin oğrular tapılmayıb.
Dekabrın 25-də isə Xeyrulla Qocayevin bir baş inəyi, 29-da isə iki baş camışı oğurlanıb.
Bu barədə Arqument.Az-a hüquq müdafiəçisi Lətafət Məlikova məlumat verib.
O deyib ki, adıçəkilən kənddə ümumlikdə 15 baş mal-qara oğurlanıb.
Xeyrulla Qocayev isə sosial şəbəkədə yaydığı videomüraciətdə qeyd edib ki, yerli hüquq-mühafizə orqanları oğruların tapılmasında maraqlı deyillər.
O, Daxili işlər naziri və Baş prokurora müraciət etdiyini deyib.