Kürdəmirin icra başçısı barəsində həbs-qətimkan tədbiri seçilib

Kürdəmirin icra başçısı barəsində həbs-qətimkan tədbiri seçilib

20-08-2020 14:57 / Bu xəbər 1721 dəfə oxundu

İcra başçısının birinci müavini Tacəddin Novruzov və icra hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov haqqında da qərar çıxarılıb

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov barəsində həbs qərarı verilib. Avqustun 20-də Binəqədi Rayon Məhkəməsində hakim Vüqar Məmmədov bu barədə qərar çıxarıb.

Məhkəmə icra başçısının istintaq dövründə həbsdə saxlanması barədə prokurorluğun təqdimatını təmin edib. Ceyhun Cəfərovun barəsində ilkin istintaq dövrü üçün dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

İcra başçısıyla yanaşı, onunla birlikdə həbs olunanlar haqqında da həbs qərarı verilib. İcra başçısının birinci müavini Tacəddin Novruzov və icra hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov haqqında da dörd aylıq həbs-qətimkan tədbiri qərarı avqustun 19-da axşam saat 22 radələrində çıxarılıb. Onların haqqında qərarı hakim Fərid Əmirəliyev verib. Onlar da vəzifə səlahiyyətindən sui-istifadə və rüşvət alma maddələrilə ittiham olunur.///Meydan.Tv