Kreml Paşinyanın Rusiya hərbi bazasıyla bağlı sözlərinə reaksiya verib

Kreml Paşinyanın Rusiya hərbi bazasıyla bağlı sözlərinə reaksiya verib

26-10-2023 12:31 / Bu xəbər 876 dəfə oxundu

Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkədə Rusiya bazasının mövcudluğunun faydasızlığı barədə sözlərindən xəbərsizdir. 

"İnterfaks” xəbər verir ki, bu barədə oktyabrın 25-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb. 

"Biz hələ bilmirik ki, o, bu sözləri deyibmi, əgər deyibsə, harada, hansı kontekstdə deyib. Bizdə belə məlumat yoxdur. "The Wall Street Journal” nəşrində bu mövzuda məqalənin dərcinə gəlincə, Kreml bunu ilkin mənbə kimi qəbul edə bilməz”, - Peskov açıqlamasında bildirib. 

Oktyabrın 25-də Amerikanın "The Wall Street Journal” nəşri Ermənistanın baş naziri ilə müsahibə dərc edib. 

Müsahibə əsnasında Paşinyan: "Rusiya hərbi bazalarının Ermənistanda mövcudluğunu davam etdirməsində heç bir fayda görmürük”, - deyib. 

Baş nazir həmçinin bildirib ki, Rusiya "müttəfiqlik öhdəliklərini yerinə yetirə bilmədiyinə görə" Yerevan yeni tərəfdaşlar axtarır.