Kreml Ukrayna ilə “sülh” olsa belə, işğal etdiyi torpaqları tərk etməyəcək
28-12-2022 16:40 / Bu xəbər 974 dəfə oxundu
Kreml açıq şəkildə bildirdi ki, Ukrayna ilə istənilən "sülh” Rusiya ordusunun işğal olunmuş əraziləri tərk etməyəcəyi və bu ərazilərə nəzarəti Kiyevə qaytarmayacağına əsaslanmalıdır.
Bu barədə Dmitri Peskov RBC-ya bildirib.
"Ondan başlayaq ki, Ukraynanın heç bir "sülh planı” yoxdur. Yenə də Rusiya ərazisindən Rusiyaya yeni dörd regionun daxil olması ilə bağlı bugünkü reallıqları nəzərə almayan Ukraynanın heç bir "sülh planı" ola bilməz (ilhaq edilmiş Krımdan əlavə Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətləri – red.)”, - Peskov deyib.
Putinin sözçüsünə görə, Rusiyanın yaratdığı bu "reallıqları” nəzərə almayan heç bir plan qəbul olunacağını iddia edə bilməz.(qaynar)












