Krım ləğv olundu, 4 qubernator və gömrük rəhbəri istefaya göndərildi
28-07-2016 21:31 / Bu xəbər 2081 dəfə oxundu
Rusiya prezidenti Vladimir Putin iyulun 28-də son il ərzində ən ciddi kadr islahatlarını həyata keçirib.
"Qaynarinfo.Az" Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin Krım və Cənub Federal Bölgəsinin birləşdirilməsi haqda sərəncam imzalayıb. Ukraynadakı səfir Mixail Zurabov da geri çağırılıb.
Krım Federal Bölgəsi rəsmən ləğv olunaraq, Cənub Federal Bölgəsinə birləşdirilib. Putin bölgəyə Vladimir Ustinovu səlahiyyətli nümayəndə təyin edib.
Rusiya prezidenti bundan əlavə 4 federal bölgənin qubernatorunu, bəzi bölgələrin isə səlahiyyətli nümayəndələrini dəyişdirib. Eyni zamanda ölkənin Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov vəzifəsindən uzaqlaşdırılıb.












