"Krımı qaytaracağıq" - Saakaşvili
16-06-2015 00:16 / Bu xəbər 1065 dəfə oxundu
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Krımın Ukrayna tərkibinə qaytarılması üçün əlindən gələni edəcəyini bildirib.
Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə o, "Getman Saqaydaçnıy” freqatının göyərtəsindəki müşavirə zamanı deyib. Müşavirədə Ukrayna donanmasının Krımdan Odessaya yerinin dəyişdirilməsi problemi müzakirə edilib.
"Daha sonra biz hər şeyi edəcəyik ki, onlar (Rusiya –red.) müvəqqəti zəbt etdiklə ərazilər, o sırada Ukrayna Hərbi Dəniz Qüvvələri (HDQ) bazalarının hamısı bütünlüklə Kiyevin nəzarətinə qaytarılsın. Və bu, mütləq olacaq, bunun alternativi yoxdur”, - deyə Gürcüstanın sabiq prezidenti qeyd edib.
Saakaşvili Odessadan Ukrayna HDQ-nin yerləşməsi üçün mərkəz qismində istifadənin tərəfdarı olduğunu da bildirib.
Arqument.Az












