Kür quruyur
11-03-2023 13:47 / Bu xəbər 901 dəfə oxundu
Kür çayında suyun səviyyəsi gözlənilməz həddə aşağı düşüb.
Demək olar ki, çay quruma həddinə gəlib.
Bu barədə naşir Şahbaz Xuduoğlu da paylaşım edib.
O, çayın fotogörüntülərini yayaraq qeyd edib:
"Kür artıq çay yox, sadəcə, bir arxdır. Yerli sakinlər deyirlər ki, Kür heç zaman belə susuz olmayıb. Belə getsə, tam quruyacaq".
Ötən illər də Kür çayında eyni problem yaşanmışdı. Hətta Kür çayından qidalanan Xəzər dənizinin suyu Kürə axmışdı.
Fotolar: Şahbaz Xuduoğlunundur