Lamiyə Quliyeva ilə bağlı daha bir şok fakt
29-01-2015 18:30 / Bu xəbər 1942 dəfə oxundu
Həbsxanada ola-ola nikaha daxil olmadan övlad dünyaya gətirən Lamiyə Quliyeva barəsində mətbuatda maraqlı məlumatlar yer alır.
Sözügedən məsələ ilə bağlı Arqument.az-ın elektorn unvanına daha maraqlı məhkəmə materialı göndərilib.
Həmin sənədi müəyyən ixtisarlarla diqqətinizə çatdırırıq:
Qeyd edək ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin (Həsən Əbülfət oğlu İsmayılov sədr, Kərim Həsən oğlu Məmmədov katib, Dövlət ittihamçısı: A.H.Abbasov, müdafiəçisi: S.Q.Qasımov, zərərçəkmiş şəxs: L.S.Quliyeva və V.İ. Əliyev) 01 sentyabr 2003-cü il qərarı ilə bağlıdır.
Məlumata görə, 16.06.1974-cü ildə Şəmkir şəhərində anadan olub, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər 04.03.1995-ci ildə Bakı şəhər Hərbi Dəniz tribunalının hökmü ilə Azərbaycan Respublikası CM-nin 241-ci maddəsinin “v” bəndi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilən məhkumluğu ödənilib, fərdi əmək fəaliyyəti ilə məşğul, Şəmkir şəhəri Niyazi küçəsi 1 saylı evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Yusibov Fariz Telman oğlunun Azərbaycan Respublikası CM-nin 152, 221.3 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxılıb.
Təqsirləndirilən şəxs Yusibov Fariz Telman oğlu 2001-ci ilin iyun ayının əvvəllərində qohumu 18.12.1987-ci ildə anadan olmuş Quliyeva Lamiyə Sahib qızının 16 yaşına çatmadığını aşkar surətdə bildiyi halda onunla zor tətbiq etmədən sonuncunun razılığı olmadan cinsi əlaqədə olub.
Zərər çəkmiş şəxs Quliyeva Lamiyə Sahib qızı ifadəsində göstərib ki, F.Yusibovun onunla cinsi əlaqədə olmasına dair söhbəti Vüqar Əliyevlə edib və həmin danışığı Əliyev Vüqar audiokasetə köçürüb. Əslində, bir qohum kimi F.Yusibovun idarə etdiyi avtomaşına minib, lakin Yusibov onunla cinsi əlaqədə olmayıb. Onu Vüqar məcbur edib səsini audiokasetə yazdırarkən Fariz Yusibovun adını çəkib.
Şahid Əliyeva Tahirə Şıxəli qızı göstərib ki, 2001-ci ilin iyun ayında axşam Fariz Yusibov öz “VAZ 2106” avtomobili ilə onlara gəlib. Bu vaxt Soltan Mansırov Farizi küçəyə çağıraraq Vüqarın onu gözlədiyini deyib.
Fariz Yusibov küçəyə çıxıb, o da, Farizin arxasınca küçəyə çıxıb, küçədə Fariz Yusibovun Vüqar Əliyevlə mübahisə etdiklərini görüb. O, Farizi sakitləşdirib və onları dalaşmağa qoymayıb. Sonra Fariz avtomobilə minərək Vüqarın arxasınca gedən zaman Farizi Vüqar Əliyevlə dalaşmasın deyə, onun avtomobilinə oturtub. Həmin vaxt dava-dalaş olmayıb. Sonra o, Soltanın anası Məlahəti yanına gələrək Soltanın Farizi hansı səbəbə çağırdığını aydınlaşdırıb.
Şahid Yusibov Mübariz Telman oğlu göstərib ki, “VAZ 2106” markalı “AZ 57 BH 497” nömrə nişanlı avtomobili qardaşı Yusibov Fariz Telman oğlu idarə edərək istifadə edib. Lakin qardaşının L.Quliyevanı avtomobilə mindirib gəzdirməsi barədə ona heç nə məlum deyildir.
Şahid Kazımov Hikmət Həsrət oğlu göstərib ki, o, 2001-ci ilin iyun ayında küçə ilə gedərkən, 5-ci küçədə Lamiyə yaşayan evin qarşısında adamların toplandığını görüb və səs-küy eşitib. O, həmin yerdə Fariz Yusibovun “Çapıq” ləqəbli Vüqar Əliyevlə mübahisə etdiyini, onu vurmaqla hədələdiyini, ona avtomobilə oturub haqq-hesab çürütməyə getməyi tələb etdiyini eşidib. O, Farizin əlində bıçağa oxşayan əşya görüb. Bu vaxt Farizin xalası Tahirə Əliyeva onları dalaşmağa qoymayıb. Lakin Yusibovun hərəkətləri səs-küyə səbəb olub.
Şahidlərdən Tahirova Nailə və Şahin Quliyev məhkəmə iclasına gəlməyib.
Şahin Quliyev hazırda hərbi xidmətdədir. Nailə Tahirova isə ərə gedib. Onun məhkəməyə dəvət olunması ailədə narazılıq yaranmasına və ailənin dağılmasına səbəb ola bilər.
Məhkəmə hesab edir ki, Quliyev və Tahirova istintaq orqanı tərəfindən prosessual normalara əməl etməklə dindiriliblər.
Məhkəmə bunu nəzərə alaraq həmin şəxslərin ifadələrinin elan olunmasını mümkün sayıb.
Şahid Quliyev Şahin Musa oğlunun elan olunmuş ifadəsində görünür ki, Şəmkir şəhər sakini Quliyeva Lamiyə Sahib qızı onun qohumudur. Onun Lamiyə ilə münasibəti yaxşı olub.
Lamiyə Quliyeva babası Zirəddin Quliyevin evinə gələn zaman onlar bir yerdə söhbət ediblər. Həm də bacısı Şəhla ilə Lamiyə Quliyeva rəfiqə olublar.
Lamiyə babası Zirəddinin evində, həm də, onların öz evlərində onunla görüşüb bir-birilə münasibət saxlayıblar.
O, Lamiyə Quliyeva ilə münasibət saxlasa da, onunla cinsi əlaqədə olub bakirəliyini pozmayıb. Lamiyənin Fariz tərəfindən bakirəliyinin pozulmasını onların yaxın münasibətdə olduğunu dostlarından 2001-ci ildə eşidib.
Lamiyə Quliyevanın mərhum Ruslan Aslanovla münasibəti barədə isə eşitməyib.
Şahid Tahirova Nailə Comərd qızı elan olunmuş ifadəsində göstərib ki, o, Şəmkir şəhərində nənəsi Əskinaz Məmmədovanın himayəsində yaşayıb.
Füzuli adına Şəmkir şəhər orta məktəbində oxuyub və məktəb illərində Lamiyə Quliyeva Sahib qızı ilə rəfiqəlik edib. Lamiyənin mərhum Ruslan Aslanovla heç bir münasibəti olmayıb.
Lamiyə xalası oğlu Yusibov Fariz tərəfindən sevildiyini, ona ərə gedəcəyini və Fariz tərəfindən bakirəliyinin pozulduğunu bir rəfiqə kimi ona danışıb.
Məhkəmə tibbi ekspertizanın 12 may 2003-cü il tarixli rəyindən görünür ki, Quliyeva Lamiyə Sahib qızının qızlıq bəkarəti pozulub.
İş üzrə keçirilən məhkəmə fonoskopik ekspertizanın 18 iyun 2003-cü il tarixli rəyi ilə müəyyən edilib ki, ekspertizaya təqdim olunmuş audiokasetlərin maqnit kentlərindəki danışıqların məzmunu tədqiqi hissədə verilmiş mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş audiokasetlərdəki fonoqramların rəyin tədqiqi hissəsində verilmiş mətnlərdə “A” hərfi ilə işarə olunmuş şəxsin səsi Əliyev Vüqar İbrahim oğluna məxsusdur. Ekspertizaya təqdim olunmuş audiokasetlərdəki fonoqramların rəyin tədqiqi hissəsində verilmiş “B” hərfi ilə işarə olunmuş şəxsin səsi Quliyeva Lamiyə Sahib qızına məxsusdur.
Ekspertizaya təqdim olunmuş audiokasetlərdəki maqnit lentlərində yazılmış fonoqramlarda montaj olunma əlamətləri qeydə alınmayıb. Həmin audiokasetdə L.Quliyeva F.Yusibovun onunla cinsi əlaqədə olmasını, xalası evinə F.Yusibovun idarə etdiyi avtomaşınla gedərkən gecə vaxtı Şəmkir şəhərinin kənarında avtomaşının salonundan F.Yusibovun onunla cinsi əlaqədə olmasını göstərmişdir.
Yuxarıda şərh olunan ifadələr göstərir ki, Yusibov Fariz Telman oğlu 2001-ci ilin iyun ayında qohumu 12 dekabr 1987-ci ildə anadan olmuş, 16 yaşına çatmamış Quliyeva Lamiyə Sahib qızı ilə sonuncunun razılığı ilə yəni hər hansı formada zor tətbiq etmədən cinsi əlaqədə olmuşdur.
İş materiallarından göründüyü kimi, Yusibova ittiham verilmişdir ki, o, 2001-ci ilin iyun ayında 1987-ci il dekabr ayının 18-də anadan olmuş Quliyeva Lamiyə Sahib qızı ilə sonuncunun 16 yaşına çatmadığını bildiyi halda onunla zor tətbiq etmədən cinsi əlaqədə olmuşdur.
F.Yusibov bu epizod üzrə dindirilərkən Lamiyə Quliyeva ilə heç vaxt cinsi əlaqədə olmadığını, Quliyevaya bacı münasibəti göstərməsini bildirmişdir.
Lakin aşağıda şərh olunan hallar göstərir ki, Fariz Yusibov öz qohumu, həmin vaxt hələ 14 yaşı belə tamam olmamış Quliyeva sonuncunun razılığı ilə cinsi əlaqədə olmuş və Quliyevanın bakirəliyini pozmuşdur. İşə Vüqar Əliyevlə Lamiyə Quliyevanın lentə köçürülmüş danışığı haqda kaset əlavə olunmuşdur.
Bu kasetdəki şəxslərdən kişinin Vüqar Əliyev, qadının isə Lamiyə Quliyeva olması həm Əliyev və Quliyevanın özləri tərəfindən təkzib olunmur, həm də ekspert rəyi ilə təsdiq olunur.
Həmin kasetdəki danışıqlardan görünür ki, Vüqar Əliyevin onun bakirəliyinin kim tərəfindən pozulması sualına Lamiyə Quliyeva onun bakirəliyini pozan şəxsin öz qohumu Fariz Yusibov olmasını bildirir. Zərərçəkən Vüqar Əliyev göstərmişdir ki, nişanlısının bakirə qız olmamasını bildikdən sonra nişanı qaytarmaq üçün Lamiyə Quliyevanın səsini kasetə yazmışdır.
Lakin məhkəmə hesab edir ki, həm Lamiyə Quliyeva, həm də Vüqar Əliyev bu epizod üzrə məqsədli şəkildə yalan ifadə veriblər.
Bekə ki, iş materiallardan görünür ki, Vüqar Əliyev və valideynləri Aslanovlar ailəsi ilə çox kəskin münasibətdə olmuşlar. Buna görə də əgər Lamiyə Quliyeva ilk sorğu edilən vaxt bildirsəydi ki, onunla ilk dəfə cinsi əlaqədə olan Ruslan Aslanov olmuşdur, başqa şəxslərin adı kasetə düşməzdi.
Əksinə, məhkəmə Əliyevlərin Aslanovlara qarşı əsassız düşmənçilik münasibəti, habelə hadisələrin sonrakı gedişi göstərir ki, kasetə Ruslanın adı məqsədli şəkildə yazılmışdır. Digər tərəfdən, həm Yusibov həm də Quliyeva göstərirlər ki, onlar bacı-qardaş münasibətində olmuşlar. İşin nəticəsi ilə maraqlı olan Quliyeva və Yusibova ifadələrinə inanırlarsa, hər hansı təsirə baxmayaraq, bacı yalandan göstərməzdi ki, onun qızlıq bərakətini qardaşı pozmuşdur.
Quliyevin və Tahirovanın elan olunmuş ifadələrindən görünür ki, Fariz Yusifov ilə Lamiyə Quliyeva arasında yaxın münasibət olmuşdur. Tahirova ifadəsində göstərmişdir ki, “Lamiyə hətta Farizlə evləndiyini, ancaq bunu gizli saxladığını mənə demişdi”.
Məlumat üçün bildirək ki, sabah Lamiyyə Quliyevanın keçmiş nişanlısı Vuqarın Ruslan Aslanovu necə öldürməsi ilə bağlı istintaqda etdiyi etirafın sənədi yayılacaq.
Arqument.Az












