Laçınlılar icra başçısından narazı olduqlarını deyirlər

Laçınlılar icra başçısından narazı olduqlarını deyirlər

03-08-2018 19:16 / Bu xəbər 1667 dəfə oxundu

Avqustun 3-də Ağcabədi rayonunun Taxta körpü qəsəbəsində məskunlaşan bir qrup məcburi köçkün Laçın Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşıblar. Onlar icra başçısı Aqil Nəzərlini əhalinin problemlərinə etinasız yanaşmaqda qınayıblar.

Bir neçə gün öncə isə Laçın Rayon İcra Hakimiyyətində (RİH) Hüquq şöbəsinin müdiri olmuş Fizuli Tanrıverdiyev social şəbəkədə canlı yayım edərək intihara cəhd edib. O, hələ bu ilin mart ayında icra başçısı Aqil Nəzərli tərəfindən təzyiqlərə məruz qaldığını deyirdi.

Laçın Rayon İcra Hakimiyyətinin Bakıda yerləşən Baş qərargahından isə onun dediklərini "cəfəngiyyat” adlandırmışdılar: "Şikayət edibsə, araşdırılacaq, əgər hansısa problem varsa, ortaya çıxacaq. Biz ancaq onu deyirik ki, deyilənlər ağ yalandır, cəfəngiyyatdır”.

Laçın Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyiblər ki, avqustun 3-də Taxta körpü qəsəbəsində heç bir aksiya keçirilməyib: "Vətəndaşların icra hakimiyyətinə gəlməsi, binasının qarşısında dayanması normal haldır. Şikayətçilər həmişə olur də. Kimi sudan, kimi pensiyasından gileylənir. İndi bu, aksiyadır?”