Laçının qaytarılmasını tələb edən Müsavat fəalı saxlanıldı

Laçının qaytarılmasını tələb edən Müsavat fəalı saxlanıldı

13-09-2019 16:29 / Bu xəbər 408 dəfə oxundu

Bu gün sentyabrın 13-də Müsavat Partiyası Laçın rayon təşkilatının fəalı İlqar Mahmud yaşadığı evin yaxınlığından polisə aparılıb. 

Bu barədə "Basta”ya Müsavat başqanının müavini Fərəc Kərimli məlumat verib.

"İlqar Mahmud Binəqədi rayonu ərazisində yaşayır. Onun hara aparıldığı bilinmir. İlqar Mahmud "Qarabağa qayıdış” təşkilatının fəallarındandır. Son vaxtlar ABŞ və Türkiyə səfirlikləri qarşısında keçirilən piketlərdə fəal iştirak edib. O, sosial şəbəkədə canlı yayım vasitəsilə Laçının qaytarılması mövzusunda tələblər səsləndirib”, – deyə Fərəc Kərimli qeyd edib.

"Basta” əməkdaşı İlqar Mahmudun yaşadığı ərazi üzrə 5-ci polis bölməsi ilə əlaqə saxlayıb. Polis zabiti Mövla Həsənov İlqar Mahmudun saxlanması barədə onlarda məlumat olmadığını bildirib.