"Lavrov atəşkəsi"nin ilk sivil qurbanı
10-10-2020 23:28 / Bu xəbər 1271 dəfə oxundu
Erməni silahlı birləşmələrinin atdığı top mərmisi nəticəsində Çəmənli sakini həlak olub
Bu gün saat 19 radələrində Ermənistan silahlı qüvvələri Ağdam rayonunun Çəmənli və Zəngişalı kəndləri atəşə tutulub, top mərmisinin partlaması nəticəsində bir nəfər mülki şəxs həlak olub.
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, həlak olan şəxs Çəmənli kəndinin 1974-cü il təvəllüdlü sakini Hüseynov Gündüz Taryel oğludur.
Oktaybrın 9-da Rusiya Xarici İşlər Nazirliyində (XİN) Dağlıq Qarabağa dair Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Sergey Lavrov, Ceyhun Bayramov və Zohrab Mnatsakanyan arasında keçirilən üçtərəfli danışıqlarda Bakı və Yerevan Qarabağda atəşin dayandırılmasına razılaşıblar.
Görüş 12 saat davam edib.
Bu barədə RİA Novosti agentliyinə Sergey Lavrov məlumat verib.
Lavrovun sözlərinə görə, Xarici işlər nazirləri bəyanat qəbul ediblər.












