Lavrov Bakıya gəlir

Lavrov Bakıya gəlir

29-04-2021 18:32 / Bu xəbər 2260 dəfə oxundu

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 10-u və 11-də Azərbaycanda işgüzar səfərdə olacaq. 

TASS-ın məlumatına görə, bu barədə aprelin 29-da Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib. 

Onun sözlərinə görə, S.Lavrov səfər çərçivəsində Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq.

Bakıya gəlməzdən əvvəl, Rusiya XİN başçısının mayın 5-i və 6-da Yerevanda səfərdə olacağı bildirilib.