Lavrov: "Dağlıq Qarabağda türk sülhməramlısı olmayacaq"

Lavrov:

12-11-2020 16:11 / Bu xəbər 1033 dəfə oxundu

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağın statusu məsələsinə aydınlıq gətirərkən deyib ki, status regionun etnik və məzhəb tərkibinin həlli məsələsi dəqiqləşdirildikdən sonra müəyyənləşdiriləcək. 

"Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün heç bir süni tarix olmamalıdır”, - deyə nazir vurğulayıb.

Lavrov çıxışında Dağlıq Qarabağ probleminin çoxdan həll olunmaq ehtimalının olduğunu, ancaq bu fürsətin əldən buraxıldığını da deyib. 

Onun sözünə görə, 7 rayona dair olan illuziyalar münaqişənin vaxtında sülh yolu ilə həll olunmasına mane olub. 

"Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun ömür boyu həmin vəziyyətdə qalacağı ilə bağlı illüziya olmamalı idi, ay yarım və iki ay bundan əvvələ qədər belə bir illuziya vardı. Məsuliyyətli hakimiyyət əhaliyə nizamlanmanın hansısa mərhələdə uzun illər masa üstündə olan prinsiplərə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təkliflərinə uyğun şəkildə həyata keçirilməsinin lazım gələcəyini  izah etməyə borclu idi”.

Rusiyalı nazir açıqlamasında türk sülhməramlılar məsələsinə də toxunub və bir daha qətiyyətlə bəyan edib ki, Dağlıq Qarabağda heç bir türk sülhməramlısı olmayacaq.///Toplum.Tv