Lavrov səfərinin pozulmasına görə Avropa Birliyini ittiham etdi

Lavrov səfərinin pozulmasına görə Avropa Birliyini ittiham etdi

06-06-2022 17:13 / Bu xəbər 589 dəfə oxundu

Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovun Serbiya səfərinin ləğv edildiyini təsdiqləyib. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyunun 6-da Serbiyaya səfər edəcək xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün Monteneqro, Şimali Makedoniya və Bolqarıstanın hava məkanını bağladığını təsdiqləyib. 

"Avropa Birliyi və NATO-ya üzv ölkələr öz hava məkanını qapatmaqla daha bir rabitə kanalını bağladılar", - Zaxarova İtaliyanın "La7" telekanalının efirində deyib.

Lavrovun özü də bu gün Moskvada keçirdiyi mətbuat konfransında üç ölkənin onun təyyarəsinin Serbiyaya uçmasına icazə verməməsinə münasibət bildirib, o, bunu "görünməmiş və ağlasığmaz" hadisə  adlandırıb. 

Onun sözlərinə görə, burada suveren dövlət hüququndan məhrumetmə var, bunu deyərkən o, Serbiyanı nəzərdə tutduğunu qeyd edib. 

Nazir səfərinin pozulmasında xüsusilə AB-ni günahlandırıb və deyib ki, "Brüsselin kuklaları" Rusiyaya bir sıra regional məsələlərlə bağlı mövqeyini nümayiş etdirməsi üçün Belqradda təmsilçilik platforması vermək istəməyiblər.

Bu axşam Serbiya Prezidenti Aleksandar Vuçiçin Rusiya xarici işlər nazirinin Belqrada səfərinin ləğvi ilə bağlı xalqa müraciət edəcəyi bildirilir. 

Serbiya Ukraynaya təcavüzlə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən yeganə Aİ-yə namizəd ölkə olaraq qalır. 

Bununla belə, o, BMT-də Rusiyanın təcavüzə görə pisləndiyi və Ukraynanın ərazi bütövlüyünün dəstəkləndiyi qətnamələrə üç dəfə səs verib. 

Mayın sonunda hər iki ölkənin prezidenti Rusiya qazının tədarükü ilə bağlı yeni üçillik sazişlə bağlı razılığa gəliblər.