Lavrov Türkiyənin Azərbaycanda hərbi baza açacağı iddialarına cavab verdi

Lavrov Türkiyənin Azərbaycanda hərbi baza açacağı iddialarına cavab verdi

18-06-2021 19:10 / Bu xəbər 1287 dəfə oxundu

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Azərbaycanda hərbi baza açacağı barədə ehtimallara şərh verməkdən imtina edib. 

"RIA Novosti"-nin iyunun 18-də verdiyi məlumata görə, o, bu iddiaları şayiə adlandırıb. 

"Biz bu məsələni müzakirə etməmişik və biz şayiələrə şərh vermirik", - deyə Rusiyanın baş diplomatı vurğulayıb. 

Bir neçə gün əvvəl Bakıda jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycan ərazisində Türkiyə Hərbi Qüvvələrinin bazasının yaradılması fikrini istisna etməmişdi. 

"Bu məsələnin [hərbi bazanın yaradılması] inkişafı mümkündür. Bu mövzu Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə apardığı məsləhətləşmələrdən sonra təkmilləşə bilər. Həmçinin bizim danışıqlarımız prosesində də o öz-özünə inkişaf edə bilər", - deyə Ərdoğan qeyd etmişdi .