Lənkəran Dövlət Universitetində 7 tələbə qızın halı pisləşib

Lənkəran Dövlət Universitetində 7 tələbə qızın halı pisləşib

24-06-2019 16:09 / Bu xəbər 814 dəfə oxundu

Lənkəranda 7 tələbə qız halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Dövlət Universitetində qiyabi təhsil alan Şabran sakini Ədilə Samir qızı Cəlilova (1998), Bərdə sakini Ülviyyə Mübariz qızı Ağazadə (1998), İmişli sakini Qumral Cahangir qızı Əzizzadə (1999), Cəlilabad sakini Aygün Füzuli qızı İbrahimova (1999), Biləsuvar sakini Ləman Səfər qızı Rzazadə (2000) və Yardımlı sakini Ulduz Elçin qızı Kərimli (2000) təcili tibbi yardım maşını və müəllimlərin köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Bakı sakini, 1997-ci il təvəllüdlü İlahə Namiq qızı Nəzərova isə evə getdikdən sonra halı pisləşib və xəstəxanaya müraciət edib. Tələbələrdən birinin müalicəsi reanimasiya şöbəsində müalicəsi davam edir. Digərlərinin isə vəziyyəti normaldır, bəziləri evə buraxılıb.

Hadisə sessiya zamanı baş verib. Ehtimala görə, otaq şəraitində yaranan hava çatışmazlığı nəticəsində tələbələrin halı pisləşib. 

Hazırda hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.