Lerikdə qar yağır - FOTOLAR

Lerikdə qar yağır - FOTOLAR

08-04-2020 16:33 / Bu xəbər 1343 dəfə oxundu

Aprelin 7-dən Lerik rayonunda qar yağır.

Rayondan Arqument.Az-a verilən məlumata görə, rayon mərkəzində qarın hündürlüyü 10-15 sm, ucqar dağlıq ərazilərdə 20 sm-dən artıqdır.

Məlumatda bildirilir ki, qar davamlı yağsa da, əriyir, ona görə də  nəqliyyatın hərəkətində hər hansı bir problem yaratmayıb.

"Elektrik enerjisinin veriməsində də hələ ki problem yoxdur", - sakinlər bildiriblər.

Sakinlər bildiriblər ki, digər cənub rayonlarında - Yardımlı və Astaranın dağətəyi ərazilərində də qar yağıb.