Lerikin icra başçısı Ağsuya göndərildi

Lerikin icra başçısı Ağsuya göndərildi

29-04-2021 18:09 / Bu xəbər 2725 dəfə oxundu

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov vəzifəsindən azad edilib.

Bu barədə dövlət başçısı İlham Əliyev aprelin 29-da sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Rövşən Bağırov Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

R.Bağırov 2007-ci ildə Lerik rayonuna icra başçısı təyin olunub.

1966-cı ildə Bakı şəhərində doğulan Rövşən Bağırov 1983-1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.

O, 1992 - 1994 - cü illərdə Səbayıl Rayon Əhalinin Məşğulluq Mərkəzində baş mühasib, 1995 - 1996 - cı illərdə "Elmarbank" Səhmdar Kommersiya Bankında kredit şöbəsinin müdiri, 1994 - 2003 - cü illərdə "Debut" Səhmdar Kommersiya Bankının "Sahil" filialında şöbə müdirinin müavini, 2003 - 2006 - cı illərdə "Bakı yoltikintiservis" Açıq Tipli Səhmdar Cəmiyyətində baş mühasib, 2006 - 2007 - ci illərdə "Sənaye Tikinti Servis" Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri vəzifələrimdə çalışıb.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev 2020-ci ilin noyabrın 26-da koronavirusdan vəfat edib.