Leriklilər Qorxmaz Hüseynovu və icra başçısını məhkəməyə verirlər

Leriklilər Qorxmaz Hüseynovu və icra başçısını məhkəməyə verirlər

02-01-2019 13:30 / Bu xəbər 1665 dəfə oxundu

1500 sakin köçmək məcburiyyətində qalıb…

Lerik rayonunun 50-dən artıq sakini "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovu və icra başçısı Rövşən Bağırovu məhkəməyə verməyə hazırlaşır.
 
Bu barədə sakinlər aztoday.az-a məlumat veriblər. 

Onlar bununla bağlı ölkə başçısı İlham Əliyevə müraciət də ünvanlayıblar, həmçinin baş prokuror Zakir Qaralova da rəsmi məktub yazıb, "Azərsu” rəhbərinin fəaliyyətini yoxlamağı və korrupsiya faktlarını araşdırmağı xahiş edirlər.

Rayonun Şivlə, Biləvər və Geskön kəndlərinin sakinləri iddia edirlər ki, adıçəkilən şəxslər və qurumlar onları susuz qoyurlar. Belə ki, bu kəndlərin istifadə etdiyi bulağın suyunu zorla başqa kəndə aparırlar.

Lerik rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikov isə meydan.tv-yə deyib ki, "su dövlətindir, kimə istəsə, satar"

Şivlə kənd sakini Qədiməli Ağayev isə Arqument.Az-a açıqlamasında Habil Məlikovun dediklərini təkzib edib: "Məlikovun "Süpək" bulağı ilə bağlı dedikləri doğru deyil. Həmin bulaq adı gedən kəndlərdən 3-4 km məsafədə olmaqla Şivlə, Biləvər və Geskon kəndlərinin ərazisindən keçir, adıgedən kəndlər bu su ilə dolanır. Şingədulan kəndinin bu suya aidiyyatı yoxdur, sadəcə olaraq, dırnaq arası razılaşmalar Habil Məlikovu bu işi həyata keçirməyə vadar edir. Respublika rəhbəri sərəncamda göstərməyib ki, 3 kəndi susuz saxlayıb suyu Şingədulan ərazisinə çəksinlər. Rayonda rəhbər vəzifədə çalışan adamın qərəzli münasibəti təəccüb və təəssüf doğurur. Əlbəttə, aldatmaq bunların sevimli peşəsidir. Dağılıb bərbad hala düşən 37 km-lik Lerik-Noda-Xanəgah yolunun 1 km-ni bərpa edib Prezidentə göstərməklə onu aldadan rayon rəhbərliyindən bundan artıq nə gözləmək olar?"

Ölkə başçısına ünvanlanan müraciəti Şivlə, Biləvər və Geskon kəndlərinin aşağıda adları qeyd olunan sakinləri (Şəxsiyyət vəsiqələrimizin nömrələrini də qeyd etməklə) imzalayıblar: 

1. Əliyev Ağaxan Fətəli /AZE 02195615
2. Ağayev İslam Ocaqəli /AZE 02195679
3. Ağayev Şirvan Ocaqəli /AZE 03899030
4. Əliyev Hüseynbaba Abdin /AZE 08450075
5. Rüstəmov Kamal Babiş /AZE 02195845
6. Rüstəmov Cəbrayıl Babiş /AZE 14678886
7. Həsənov Mirzəbaba Təriş /AZE 02195619
8. Məmmədov Salman Allahverdi AZE 02195599
9. Fətullayev Alışan PİŞAN AZE 15621540
10. Əliyev Mahir Paşa AZE 09460732
11. Ağayev Mirzəli Atamalı AZE 09461773
12. Hüseynov Cəfər ƏLİ AZE 15899715
13. Hüseynov Əvsər Əli AZE 04517907
14. Kərimov Babaxan Hidi AZE 06434789
15. Kərimov Alim Alihəsən AZE 02355068
16. Əliyev Surət ABDİN AZE02195689
17. Əliyev Gülbaba Abdin AZE 02354345
18. Yoldaşov Allahyar Polad AZE 08449250
19. Yoldaşov Əligüşad Nurməmməd AZE 06911236
20. Yoldaşov Buludxan Polad AZE 03896958
21. Məmmədov Vasif Güləli AZE 03895624
22. Azadov İbrət Şəvəqət AZE 04994575
23. Azadov Ağababa Polad AZE 03899034
24. Ağayev Qədiməli MahmudəliAZE 08448052
25  Ağayeva Zərifə Mürsəl AZE 02195614
26. Əliyev Rafiq Ağaxan AZE
27. Əliyev Mirzəli Şami AZE 08072591
28. Şahmarov Emin Qaraxan AZE03898922
29. Azadov Bəfadar Söhbət AZE 09324289
30. Zamanov Zəfər Böyükxan AZE08073753
31. Nağıyev Həmdulla Nəhmət AZE 05832257
32. Zamanov Elman Böyükxan AZE 13427300
33. İmanov Hafiz Rəzzaq AZE 04903643
34. Azadov Meybulla Həbulla AZE 08073125
35. Azadov Fərzulla Xeyrulla AZE 07526889
36. Məmmədov Naib Əyyub AZE 02195617
37. Rüstəmov Cabir Mürsəl AZE 05768829
38. Ağayev Arazxan Burhan AZE 16674863
39. Zamanov Zamanxan BöyükxanAZE09324410
40. Azadov Mehman Ağababa AZE 13427853
41 Azadov Bəhruz İbrət AZE 07524378
42. İmanov İsrafil Təhməz AZE 14678677
43. Teymurov Arzuman Xudaş AZE 03898909
44. Talıbov Bəybala İsmi AZE 045196633
45. Bayramov Babalı Mirzəhüseyn AZE 15621348
46. Əliyev Baladdin Paşa AZE 03898963
47. Əliyev Elman Sənham AZE 08448165
48. Əliyev Malik Sənham AZE15618933
49. Əkbərov Şali Ağayar AZE 03898960.