Lətafət Məlikova: "Kürdəmir sakini 24 ildir ki, sığorta pulunu ala bilmir"

Lətafət Məlikova:

26-11-2021 13:24 / Bu xəbər 971 dəfə oxundu

Kürdəmir sakini Yadigar Kərimov 24 ildir ki, sığorta pulunu (6 min 600 manat) ala bilmir. 

Bu barədə Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin rəhbəri Lətafət Məlikova məlumat yayıb.

O bildirib ki, rayon sakini onun rəhbərlik etdiyi təşkilata müraciət edib. 

"Sənədləri hazırlandı. Məhkəməyə müraciət edildi. 01 oktyabr 2010-cu ildə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə (2(006)-3418 /2020) Dövlət Sığorta Kommersiya Şirkəti  Yadigar Kərimova 6600 manat pul ödəməlidir. Amma 1 ildir ki, yazışmalar getsə də, Binəqədi İcra və Proborsiya Şöbəsi bu işə səhlənkar yanaşır", - deyə Lətafət Məlikova bildirib.

Onun sözlərinə görə, məhkəmənin qərarı icra edilmir: "Şəxsən özüm icra məmuru Şakir Bahadurovla əlaqə saxlamışam. Onun dediyinə görə, (vətəndaşa isə başqa məzmunda məktub göndərib) Nəsimi Rayon Məhkəməsinin qərarın icra etmək üçün Prezident Adminstrasiyasına müraciət edilib. Adminstrasiyasına göstərişindən sonra nə vaxt Nazirlər Kabineti pul ayırsa, Yadigar bəyə 6600 manat pul ödəniləcək. Nə olar, 24 ildə gözləyək". 

Lətafət Məlikova bildirib ki, Yadigar Kərimov hərbi xidmətdə zədələnib: "Əməliyyat (öz xərci ilə) olunub. Həkim komissiyasının rəyi ilə orduya yararsız olunub. II qrup əlillik verilib. 24 ildə 4 oğlu dünyaya gəlib. Bir oğlu hərbi xidmətdədir, ikinci də oğlu isə çağrışçıdır".