Leyla Yunusdan kitab yazan vəkilin həbs edildiyi bildirilir

Leyla Yunusdan kitab yazan vəkilin həbs edildiyi bildirilir

25-06-2022 22:38 / Bu xəbər 915 dəfə oxundu

"Vəkil Elçin Qəmbərov həbs edilib". 

Bu barədə "gununsesi.info" məlumatlı mənbəyə istinadən xəbər yayıb. 

Bildirilir ki, onun həbsinin tam təfərrüatları bəlli olmasa da vəkilin adı dələduzluq qalmaqallarında hallanıb.

"Mərkəz” Vəkil Bürosunun rəhbəri olan E.Qəmbərovun barəsində Səbail Rayon Məhkəməsində həbs-qətimkan tədbirinin seçildiyi bildirilir.

"Arqument.az" Vəkillər Kollegiyasının sədri Anar Bağırovdan məsələyə münasibət öyrənə bilməyib. 

Eçin Qəmbərov Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun vəkili olub. Daha sonra hüquq müdafiəçisinin yazışmaları əsasında onun əleyhinə "Leyla Yunusun parlaqlığı və səfaləti" kitabını yazıb.