Liverpul ilk dəfə İngiltərə Premyer-liqasının qalib olub

Liverpul ilk dəfə İngiltərə Premyer-liqasının qalib olub

26-06-2020 01:41 / Bu xəbər 1801 dəfə oxundu

İngiltərə Premyer-liqasının 31-ci turunda "Çelsi” dogma meydanda "Mançester Siti”-yə 2-1 hesabla qalib gələrək qonaqların nəzəri cəhətdən çempion olma şanslarının üzərindən xətt çəkib. 

Bununla da "Liverpul” yarışın sonuna 7 tur qalmış çempionluğunu rəsmiləşdirə bilib. 

Klub 1992-ci ildə Premyer Liqa qurulandan bəri ilk dəfə çempionluğunu qazanıb. 

Bu göstəriciyə görə "Mançester Yunayted" liderdir – onların aktivində 13 çempionluqları var. 

Ümumilkdə isə Milli liqadakı titulların sayına görə mersisaydlılar tarixində 20 çempionluq qazanaraq "Mançester Yunayted" dən sonra ikinci yerdədir.

Nəzərə çatdıraq ki, liverpullular sonuncu dəfə çempionluğunu 1990-cı ildə qeyd ediblər. 

Nizami