Ölkəyə qayıdan müsavatçı mühacir həbs olundu

Ölkəyə qayıdan müsavatçı mühacir həbs olundu

12-10-2018 00:45 / Bu xəbər 1973 dəfə oxundu

Müsavat Partiyasının Suraxanı rayon təşkilatının üzvü Azad Həsənli həbs olunub.

Bu barədə Arqument.Az-a Müsavat Partiyasından məlumat verilib.

Məlumata görə, müsavatçı fəal atasının səhhətinin ağır olması ilə əlaqədar ölkəyə qayıdıb: "O, dünən ölüm ayağında olan atasını görmək üçün mühacirətdən vətənə dönüb və bu gün səhər saatlarında həbs olunub".

A. Həsənli ölkədə olduğu zaman da qısamüddətli həbslərə məruz qalıb. Həbs hədələrinə görə ölkəni tərk edib. 2014-cü ilin fevral ayında Litvada siyasi oturum alıb və o vaxtdan ölkəyə gəlməyib.

Məlumatda deyilir ki, Azad Həsənli anası vəfat edən zaman da ölkəyə  gələ bilməmişdi.