"Lotu Quli" Türkiyədə qətlə yetirildi - Başından 4 güllə vurulub

20-08-2020 11:14 / Bu xəbər 2298 dəfə oxundu

"Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyədə qətlə yetirilib.

Bu barədə Türkiyə mediası xəbər yayıb.

Məlumatda bildirilir ki, "Lotu Quli" Antalyada nahar etdiyi şəxs tərəfindən öldürülüb.

Qətli icra edən şəxs "Lotu Quli"nin başından 4 güllə vurub. O, xəstəxanaya çatdırılsa da, xilas etmək mümkün olmayıb.

Məlumata görə, hadisəni törədən "Lotu Quli"nin yaxın çevrəsindən olan Xan Əhmədlinski olub.O, hadisə yerindən qaçsa da, Antalya-Dənizli şosesində saxlanılıb. 
 
"Lotu Quli" və Xan Əhmədlinski

1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub. 

O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. 

Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 

2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.
 
Onun adı azərbaycanlı kriminal avtoritet "Rövşən Lənkəranski"nin ölümündə də hallandırılıb.