Lukaşenko 87,6% səslə prezident oldu
27-01-2025 01:42 / Bu xəbər 98 dəfə oxundu
MSK ilkin nəticələri açıqlayıb və seçkinin baş tutduğunu deyib
Belarusun Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin ilkin nəticələrini açıqlayıb.
MSK-nın nəticələrinə görə, prezident seçkilərində aktivlik 66,41% olub.
MSK sədrinin müavini Aleksey Başan bildirib ki, Belarusda keçirilən prezident seçkilərində seçicilərin 50%-dən çoxu iştirak edib.
Bununla da seçkinin baş tutduğu və əsaslı olduğu bildirilib.
Mərkəzi Seçki Komissiyasının katibi Yelena Baldovskaya deyib ki, Minskdə 56,61%, Brest vilayətində 72,86% Vitebsk vilayətində 65,12%, Qomel vilayətində 72,92%, Qrodno vilayətində 60,60%, Minsk vilayətində 63,73% və Moqilev vilayətində 71,89% seçici səs verib.
Belarus Gənclər Təşkilatları Komitəsinin "Exit-poll”unun nəticələrinə görə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko 87,6% səslə prezident seçkilərində qalib gəlib.
"Exit-poll” ölkənin 300-dən çox seçki məntəqəsində keçirildiyi açıqlanıb.
"Exit-poll”un nəticələrinə əsasən, Liberal Demokrat Partiyasının lideri Oleq Qaydukeviç 1,8%, sahibkar Anna Kanopatskaya 1,6%, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov 2,7%, Respublika Əmək və Ədalət Partiyasının lideri Aleksandr Xizhnyak – 1,2% səs toplayıb.