Lukaşenko geri çəkildi
25-06-2021 16:35 / Bu xəbər 1183 dəfə oxundu
Belarusda Roman Protaseviçi və Sofya Sapeqanı ev dustaqlığına buraxıblar
Minskdə "NEXTA” teleqram-kanalın sabiq baş redaktoru Roman Protaseviçi və onunla birgə saxlanılmış rusiyalı Sofya Sapeqanı ev dustaqlığına buraxıblar.
BBC-yə bu barədə Sofyanın atalığı Sergüy Dudiç xəbər verib. "Biz şokdayıq”, – o deyib.
Dudiçin sözlərinə görə, hazırda Sapeqa Minskdə kirələdiyi mənzildə yaşayır.
Sofyanın ev həbsinə buraxılması qərarı onun valideynləri üçün gözlənilməz olub.
İyunun 25-də həmçinin məlum olub ki, Protaseviçi də ev həbsinə buraxıblar. O da, atası Dmitrinin dediyinə görə, Sapeqa kimi kirələdiyi mənzildədir.
"Bizə Romanın vəziyyəti, onun statusu barədə heç nə demirlər, bu, sadəcə ələ salmaqdır”, – o söyləyib.
Ev həbsi barədə məlumatı "Novaya qazeta”ya vəkil Anton Qaşinski təsdiqləyib.
Sapeqanı mayın 23-də Minsk hava limanında Protaseviçlə birgə saxlayıblar. Bundan sonra İnsan Haqları Şurasının üzvləri Rusiya XİN-nin rəhbəri Sergey Lavrova Rusiya vətəndaşının azadlığa çıxmasında yardımçı olması xahişi ilə müraciət edib.
Qızı iki aylıq həbs ediblər. Sonra hakimiyyətyönlü "Joltıye slivı” teleqram-kanalı Sofyanın "istintaq” videosunu yayıb. O, həmin videoda güc strukturları əməkdaşlarının şəxsi məlumatlarını dərc edən "Çyornaya kniqa Belarusi” teleqram-kanalının (Qomeldə məhkəmə qərarı ilə Belarus Respublikasında ekstremist kanal kimi tanınıb) admini olduğunu "etiraf edib”.












