Lukaşenko hakimiyyətdən getmək üçün şərtini açıqladı

Lukaşenko hakimiyyətdən getmək üçün şərtini açıqladı

11-02-2021 17:53 / Bu xəbər 635 dəfə oxundu

Belarus prezidenti Aleksandr Lukaşenko Ümumibelarus xalq yığıncağında çıxış edərkən, hakimiyyətdən getmək üçün əsas şərtini açıqlayıb. 

Bu barədə fevralın 11-də BELTA məlumat verib. 

Prezident deyib ki, onun ölkəsində əmin-amanlıq və intizam saxlanılmalıdır. 

"Qanun çərçivəsində olmasına riayət edilsə, heç bir etiraz fəaliyyəti ölkəyə qarşı deyil", - deyə o bildirib. 

Lukaşenko həmçinin qeyd edib ki, Ümumbelarus yığıncağı keçid dövrü üçün sabitləşdirici rol oynamalı və onun konstitutsion toxunulmazlığı olmalıdır: "Biz ölkəni itirməmək üçün dəqiq sığortaya malik olmalıyıq. Ümumbelarus yığıncağı müəyyən dövr ərzində sabitləşdirici rol oynamalı, bütün ölkə üçün çətir funksiyası daşımalıdır".