Lukaşenko İstiqlaliyyət Sarayına əlində avtomat gəldi — VİDEO

Lukaşenko İstiqlaliyyət Sarayına əlində avtomat gəldi — VİDEO

23-08-2020 23:08 / Bu xəbər 1283 dəfə oxundu

Minskdə Müstəqillik sarayının ərazisində Belarus prezidenti Aleksandr Lukaşenkonun vertolyotu eniş edib. 

Dövlət başçısı nəqliyyat vasitəsindən bronjiletdə və əlində avtomatla çıxıb.

Həmin anın videosunu Belarus liderinin Mətbuat Xidmətinə yaxın olan "Pul pervoqo” teleqram kanalı yayımlayıb.

Kadrlardan görünür ki, avtomatın maqazini yoxdur.

Minskdə çoxminlik etiraz aksiyaları davam edir, onların iştirakçıları avqustun 9-da keçirilən prezident seçkilərində səslərin yenidən hesablanmasını, həmçinin yeni səsvermənin keçirilməsini tələb edirlər.

Hansısa məqamda müxalifətçilər dövlət başçısının iqamətgahına yaxınlaşsa da, güc strukturları əməkdaşları və xüsusi texnikalar vasitəsilə onların qarşısı alınmışdı. Bundan sonra etirazçılar daha əvvəl toplaşdığı əraziyə yollanmışdı. ("Qafqazinfo”)