Lukaşenko Özbəkistanı hədələdi

Lukaşenko Özbəkistanı hədələdi

10-01-2022 18:44 / Bu xəbər 713 dəfə oxundu

Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstandakı vəziyyətlə bağlı videokonfrans formatında keçirilən növbədənkənar sessiyasında iştirak edir. 

BelTA agentliyinin yaydığı xəbərə görə, görüş zamanı Aleksandr Lukaşenko deyib ki, çevriliş cəhdləri ilə bağlı problem təkcə Qazaxıstan üçün xarakterik deyil. 

O, Özbəkistanı Qazaxıstanda baş verənlərdən dərs almağa çağırıb: "Qırğızıstan və Qazaxıstan problemləri birgə həll etməlidir. Bunu Özbəkistanda da unutmamalıdırlar”.