Ülvi Həsənli və Mehman Hüseynov saxlanıldı

Ülvi Həsənli və Mehman Hüseynov saxlanıldı

14-03-2021 14:24 / Bu xəbər 2576 dəfə oxundu

"24 saat” xəbər verir ki, "abzas.net" saytının baş redaktoru Ülvi Həsənli və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunin (RATİ) sədri, tanınmış bloger Mehman Hüseynov bu gün çəkilişdən qayıdan zaman polislər tərəfindən saxlanılaraq Abşeron Polis İdarəsinə aparılıblar.


Mehman Hüseynov

Sosial şəbəkə profilindən hadisə ilə bağlı məlumat verən Mehman Hüseynov bunları qeyd edib: "Nə baş verir? Çəkilişdən gəlirdik. PPX və YPX tökülüşüb yolumuzu bağlayıb bizi saxlayıblar. Səbəbi soruşanda dedilər ki, rəis belə göstəriş verib. Yenə jurnalist ovuna çıxıblar, deyəsən”.

"Abzas.net" saytının baş redaktoru Ülvi Həsənli də feysbuk profilindən paylaşım edərək hadisəni təsdiqləyib: "Mehmanla Novxanıda çəkilişdən qayıdan zaman iki polis maşını bizi saxlayıb. Sənədləri alıb gözlədirlər. Biz də gözləyirik".

Jurnalistlərin hansı səbəbdən polis idarəsinə aparıldığı barədə məlumat yoxdur.

2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsində, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin Mehman Hüseynovu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham iddiası üzrə baş tutan məhkəmə prossesində hakim Ceyhun Qədimovun verdiyi hökmə əsasən Mehman Hüseynov 2 il müddətində azadlıqdan məhrum edilib. 

O, 2 mart 2019-cu ildə azadlığa çıxıb.