“Maço kimi” komediyasının mətbuat üçün nümayişi olub

“Maço kimi” komediyasının mətbuat üçün nümayişi olub

21-04-2022 17:13 / Bu xəbər 2141 dəfə oxundu

"CinemaPlus” premium kinoteatrında Qazaxıstan istehsalı olan "Maço kimi” romantik komediya filminin premyeradan öncə mətbuat üçün nümayişi keçirilib.

Filmin qəhrəmanı 33 yaşlı stomatoloq Damirdir. 

Anası ilə birgə yaşayan Damir ABŞ-ın nüfuzlu tibb mərkəzindən çoxdan gözlədiyi iş təklifini alır. 

Ancaq anası onu seçim qarşısında qoyur: ya ailə qurub, həyat yoldaşı ilə birgə Amerikaya gedir, ya da səfəri unudur. 

Qadınlarla münasibət qurmaqda çətinlik çəkən Damir bir pasiyentinin məsləhəti ilə tanışlıq agentliyinə müraciət edir. 

Bu işdə ona pikap məşqçisi Ardak kömək edir. 

O, belə çətin işin öhdəsindən gələcəkmi? Axı Damirin, cəmi 2 ay vaxtı var...

Rejissor Bakıcan Ciyenallının çəkdiyi filmdə baş rollarda Dastan Orazbekov, Kamşat Joldıbayeva və Abunasır Serikov çəkilib. 

Qeyd edək ki, "Maço kimi” filmi yalnız "CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunur.

Ülviyyə