Madriddə "Qarabağa azadlıq!" aksiyası keçirilib

Madriddə

21-07-2020 18:46 / Bu xəbər 1613 dəfə oxundu

İyulun 21-də Ermənistanın Madirddəki səfirliyinin önündə İspaniya Azərbaycanlılar Birliyinin təsisçisi Vahid imanovun təşəbbüsü ilə etiraz aksiyası keçirilib.

Bu barədə Arqument.az-a şair Səfa Rəşid məlumat verib.

O bildirib ki, ermənilər azərbaycanlıları təxribata şövq etməyə çalışsalar da, ispan polisi buna imkan verməyib. 

Onun sözlərinə görə, polis erməniləri ərazidən uzaqlaşdırıb və aksiya baş tutub.

 Tədbirdə İspaniya Azərbaycanlılar Birliyinin sədri Vahid imanov (Burqos vilayeti),Yeni Yazarlar, Sənətçilər Birliyinin Avropa təmsilçisi şair Səfa Rəşid (Santander şəhəri),Valensia Azərbaycanlıları Cəmiyyətinin sədri Mubariz İbrahimov (Valensia şəhəri), İspaniya Azərbaycan Mədəniyyət və Ticarət Assiosasiyasının sədri Fərid Mustafayev, İspaniyanın Torlavega şəhərində Qarabağ İdman Klubunu yaradan Şamo Eyvazov, fəallardan - Yaqut Novruzova, Cəmil Quliyev və digər bölglərdən eləcə də Madrid və Barselonadan gələnlər də iştirak ediblər. 

Tədbirin sonunda bəyanat və Ermənistanın işğalçı siyasəti pislənilib.