Makron Azərbaycanla bağlı çağırış etdi

Makron Azərbaycanla bağlı çağırış etdi

01-06-2021 18:27 / Bu xəbər 579 dəfə oxundu

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan iyunun 1-də Fransaya səfəri zamanı prezident Emmanuel Makronla görüşüb.

Yelisey sarayında media təmsilçiləri qarşısında çıxış edən Paşinyan Makronu payızda Yerevana dəvət edib. 

O, iki ölkənin xüsusi münasibətləri olduğunu, Ermənistanın daima Fransanın və prezident Makronun şəxsi dəstəyini hiss etdiyini vurğulayıb.

"Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi roluna böyük əhəmiyyət veririk, həmsədrlərin Dağlıq Qarabağ probleminin, regiondakı böhranların həllində rolu çox vacibdir. Çox şadam ki, müharibə bitəndən sonra həmsədrlər üç bəyanat verərək Dağlıq Qarabağın həlli üzrə danışıqları bərpa etməyə hazır olduqlarını vurğulayıblar”, – deyən Paşinyan görüşdə bu fürsətləri müzakirə edəcəklərini bildirib.

Makron isə çıxışında Paşinyanın Paris səfərini "hazırda təhlükəsizlik böhranı yaşayan” Ermənistan üçün çox vacib məqam adlandırıb. 

O, Azərbaycanla Ermənistan arasında demarkasiya xəttinin yalnız dialoq yoluyla müəyyənləşdirilməli olduğunu vurğulayıb.

"Azərbaycan qüvvələri Ermənistan Respublikasının suveren ərazisindən çıxmalıdırlar, onları 11 may mövqeyinə çəkilməyə çağırıram”, – Makron vurğulayıb (Azadliq.org).