Makron Fransanın müharibə iqtisadiyyatına keçdiyini elan etdi

Makron Fransanın müharibə iqtisadiyyatına keçdiyini elan etdi

13-06-2022 18:26 / Bu xəbər 772 dəfə oxundu

Fransa Prezidenti Emmanuel Makron Ukraynada baş verənlərə görə ölkəsinin müharibə iqtisadiyyatı dövrünə girdiyini açıqlayıb.

"Fransa dəyişən geosiyasi mühit fonunda 2019-2025-ci illər üçün hərbi proqramlaşdırma qanununa yenidən baxmalıdır"  - "France 24" prezidentin çıxışından sitat gətirib. 

Söhbət orduya ayrılan xərclərin artırılmasından gedir. 

Parisin ordu sahəsində siyasətini müəyyən edən sənədi müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi imzalayır.

Makronun sözlərinə görə, Fransa "müharibə iqtisadiyyatı dövrünə girdiyi" üçün müvafiq qanunu nəzərdən keçirməklə bağlı onlara müraciət edib.

Bundan əvvəl məlum olub ki, Makronun seçki koalisiyası "Birgə!" respublikada parlament seçkilərinin birinci turunda Jan-Lyuk Mélenşonun solçu Yeni Xalq Ekoloji və Sosial Birliyi (Nupes) üzərində cüzi fərqlə - təxminən 0,1 faiz - qalib gəlib.