Malik İsaqovun yaşıllaşdırma işləri - 138 min manat...
22-08-2023 10:15 / Bu xəbər 552 dəfə oxundu
Qubadlı Rayon İcra Hakimiyyətinin yaşıllaşdırma işləri ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.
Xəbəri "32gun.az" saytı yayıb.
Bildirilir ki, tenderin qalibi "DİRÇƏLİŞ 14" MMC olub.
Tərəflər arasında 138.375,06 AZN-lik müqavilə imzalanıb.
Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Elçin Məhəmməd oğlu Vəliyevdir.
Qubadlı Rayon İcra Hakimiyyəti 11.11.2022-ci ildə də yaşıllaşdırma işləri ilə bağlı tender elan etmişdi.
"R-İNŞAAT GROUP" MMC ilə icra orqanı arasında 80.281,3 AZN-lik müqavilə imzalanmışdı.
Qubadlı rayonu icra hakimiyyətinin başçısı Malik İsaqovdur.