Maliyyə Nazirliyi ETSN-də yoxlama aparır: "İdarənin rəisi nazirin əmisi oğludur"

Maliyyə Nazirliyi ETSN-də yoxlama aparır:

25-02-2020 17:51 / Bu xəbər 1413 dəfə oxundu

Maliyyə Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyində yoxlama apardığı bildirilir 

Bu barədə Mia.az  məlumata yayıb.

Məlumata görə, hazırda nazirliyin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsində təftiş gedir.

Bildirilir ki, yoxlama zamanı maddi-texniki təhcizat sahəsində ciddi yeyintilərə yol verilib: "Burada yanacaq, mexaniki təminat avadanlıqlarının şişirdilmiş qiymətlərlə alınması, təmir-tikinti və sair məsələlərlə yanaşı, keçirilən tenderlər də ciddi araşdırılır. Hazırda Maliyyə Nazirliyi yoxlamanı davam etdirir və ilkin məlumata görə, kifayət qədər ciddi yeyintilər aşkarlanib".

Məlumat üçün onu da qeyd edək ki, Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin müdiri Fizuli Babayevdir: "O, nazir Muxtar Babayevin əmisi oğludur. Ümumiyyətlə, Muxtar Babayev xeyli qohum və dostlarını buraya toplayıb. Hamısı da ən "gəlir"li sahələrə nəzarət edirlər...".

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən yoxlamalarla bağlı açıqlama verilməyib.