Manat bir az da ucuzlaşdı
19-01-2015 13:21 / Bu xəbər 1314 dəfə oxundu
Azərbaycan manatının ucuzlaşması bu gün də davam edib.
ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, rəsmi məzənnələrdə dollar və avro manata nisbətdə bahalaşıb.
Belə ki, dünən açıqlanan son rəsmi məzənnələrdə 1 ABŞ dolları 0,7855 AZN idisə, bu gün bu göstərici 0,7857-ə çatıb.
Avronun dəyərində isə artım daha çox müşahidə edilib. Ötən gün 1 avro 0,8959 AZN olduğu halda bu gün həmin məzənnə 0,8968-ə yüksəlib.
Qeyd edək ki, manatın ucuzlaşması paytaxt sakinləri arasında panikaya səbəb olub.
Mərkəzi Bankın sədri Elman Rüstəmov isə dünən əhaliyə müraciət edib.
O bildirib ki, manatın ucuzlaşması əhalinin gəlirlərində 100-də bir qəpik qədər hiss olunacaq.
"Birrəqəmli inflasiya nəyinki qorxulu deyil, hətta iqtisadiyyatın və biznesin stimullaşdırılması üçün faydalıdır.
Əhalinin seçim imkanları çoxdur. Gəlirlərini müxtəlif valyutalarda saxlaya bilər", - deyə Mərkəzi Bankın sədri bildirib.
Elman Rüstəmov bildirib ki, manatın ucuzlaşmasına görə əhalinin narahatlığı və nigarançılığı üçün heç bir əsas yoxdur.
Arqument.Az












