Mariupolda 22 minə qədər adamın həlak olduğu bildirilir

Mariupolda 22 minə qədər adamın həlak olduğu bildirilir

14-04-2022 11:41 / Bu xəbər 1302 dəfə oxundu

Donetsk hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko CNN-ə müsahibəsində Mariupolda 22 minə qədər insanın həlak olduğunu bildirib.

"Hazırda biz Mariupolda 20-22 min insanın həlak olmasından danışırıq”, - Kirilenko deyib. 

O, mühasirəyə alınan şəhərdəki ağır vəziyyətin qurbanların sayını dəqiqləşdirməkdə çətinlik yarandığını əlavə edib.

CNN qeyd edir ki, Mariupolda qurbanların sayı barədə müstəqil rəy yoxdur.

Şəhərin meri Vadim Boyçenko bu yaxınlarda bildirmişdi ki, Mariupolun Rusiya qoşunları tərəfindən mühasirəyə alınmasından sonra 10 mindən çox dinc sakin həlak olub, ölənlərin ümumi sayı isə 20 mini keçə bilər. 

Onun sözlərinə görə, Mariupol sakinlərinin cəsədləri küçələri xalça kimi örtür.

Ukrayna prezidenti Vladimir Zelenski aprelin 11-də bildirib ki, müharibə başlayandan Mariupolda onminlərlə insan həlak olub.