Mariupulda 400-ə yaxın adam dağıntı altında qalıb

Mariupulda 400-ə yaxın adam dağıntı altında qalıb

20-03-2022 16:31 / Bu xəbər 962 dəfə oxundu

Rusiya ordusu Mariupolda 400-ə yaxın vətəndaşın gizləndiyi 12 saylı sənət məktəbini bombalayıb.

Məlumatı Mariupol Şəhər Şurası öz Teleqram kanalında yayıb:

"Məktəbdə 400-ə yaxın mariupol sakini – qadın, uşaq və qadınların gizlənib. Binanın dağıldığı, dağıntılar altında hələ də dinc insanların olduğu məlum olub. Qurbanların sayı barədə məlumat dəqiqləşdirilir”.

Martın 16-da Rusiya təyyarəsi Mariupolda yüzlərlə mülki şəxsin gizləndiyi Dram Teatrının binasına bomba atmışdı.

"Euronews” hazırda Mariupol sakinlərinin qazsız, susuz, işıqsız qaldığı haqda məlumat yayıb:

"Onlar uçuq-sökük çoxmərtəbəli binaların həyətlərində yemək bişirirlər. Şənbə günü bombardman "Azovstal” metallurgiya zavoduna ciddi ziyan vurub. Teatrın dağıntıları altında qalanlardan xəbər yoxdur”.

"Mariupolun mühasirəsi tarixə müharibə cinayəti kimi düşəcək”, – deyə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.